Pressa.az » Dünya » “Halk TV”də axtarış aparıldı, yayımı dayandırıldı

“Halk TV”də axtarış aparıldı, yayımı dayandırıldı

14 oktyabr 2026, Çərşənbə, 10:28
“Halk TV”də axtarış aparıldı, yayımı dayandırıldı

Türkiyədə “Halk TV”nin sahibi Cafer Mahiroğlu barəsində aparılan araşdırma çərçivəsində kanalın İstanbuldakı ofisində axtarış aparılıb.

Liderxeber.az “NTV”yə istinadən xəbər verir ki, əməliyyat zamanı barəsində saxlanılma qərarı çıxarılan 17 nəfərdən 11-i tutulub. 

Bununla yanaşı, kanalın yayımı dayandırılıb və quruma qəyyum təyin edilib.

Qeyd edək ki, Cafer Mahiroğlu barəsində “rüşvət”, “tenderə müdaxilə”, eləcə də “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması” ittihamları üzrə araşdırma aparılır.