Pressa.az » Dünya » “Navai” 2 ay müddətinə həbs edildi

“Navai” 2 ay müddətinə həbs edildi

15 oktyabr 2026, Cümə axşamı, 14:02
“Navai” 2 ay müddətinə həbs edildi

Qazaxıstan məhkəməsi Azərbaycan əsilli tanınmış reper “Navai” (Nəvai Bəkirov) barəsində iki ay müddətinə həbs qərarı çıxarıb. 

Liderxeber.az xəbər verir ki, bu barədə “Tengrinews” məlumat yayıb. 

Onun narkotik maddələrin qaçaqmalçılığına cəhd işi üzrə istintaq müddətində həbsdə qalacağı güman edilir. 

Xatırladaq ki, oktyabrın 14-də Qazaxıstanın “Korday” sərhəd-keçid məntəqəsində aparılan yoxlama zamanı “Navai”nin avtomobilində narkotik maddə aşkarlanıb. Ona qarşı qadağan olunmuş maddələrin qaçaqmalçılığına cəhdlə bağlı iş açılıb. Bəkirovla birlikdə avtomobildə olan daha iki nəfər də saxlanılıb.