“Ukrayna münaqişəsi Zelenskisiz həll olunacaq”
“Ukrayna münaqişəsini həll etmək mümkün olacaq, lakin artıq Zelenskisiz”.
Liderxeber.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Newsmax”a müsahibəsində bildirib.
Rusiyanın neft emalı zavodlarına zərbə endirilməməsi ilə bağlı xahişlərinin nəticəsiz qalması barədə danışan ABŞ lideri Ukrayna Prezidenti Volodimir Zelenski ilə işləməyin çətin olduğunu söyləyib: “Düşünürəm ki, Zelenski ilə münasibət qurmaq Putinlə münasibət qurmaqdan daha çətindir”.
Tramp Zelenskinin bu münaqişənin həll edilməsini istəmədiyini iddia edib: “O sülh yolu ilə həll istədiyini deyir, lakin bunlar sadəcə sözlərdir. Mən özümü Zelenskinin böyük pərəstişkarı adlandıra bilmərəm, onlar bu ölkəni məhv ediblər. Düşünürəm ki, bu və ya digər formada həll yolu tapacaqlar. Lakin bu onsuz olacaq, çünki münaqişənin həll edilməsini istəmir”.
