Pressa.az » Dünya » Yaxın Şərqdəki münaqişədə 22 jurnalist ölüb

Yaxın Şərqdəki münaqişədə 22 jurnalist ölüb

21 oktyabr 2023, Şənbə, 09:34
Yaxın Şərqdəki münaqişədə 22 jurnalist ölüb

Fələstin-İsrail münaqişəsi şiddətlənəndən 20-dən çox jurnalist ölüb.

LiderXəbər xəbər verir ki, bu barədə Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb.

“Oktyabrın 20-nə olan məlumata görə, hər iki tərəfdən 4 mindən çox ölənlərin siyahısında ən azı 22 jurnalist var”, - hesabatda deyilir.

Komitə öldürülən 22 jurnalistdən 18-nin fələstinli, 3-nün israilli və birinin livanlı olduğunu qeyd edir. Bundan əlavə, səkkiz media işçisi yaralanıb, daha üç nəfər itkin düşüb və ya həbsdədir.