Pressa.az » Dünya » Rusiya Ukraynaya zərbələr endirib, İES sıradan çıxıb

Rusiya Ukraynaya zərbələr endirib, İES sıradan çıxıb

23 oktyabr 2023, Bazar ertəsi, 13:30
Rusiya Ukraynaya zərbələr endirib, İES sıradan çıxıb

Rusiya ordusu ötən gecə Ukraynaya zərbələr endirib və nəticədə ölkənin DTEK enerji şirkətinin istilik elektrik stansiyalarından biri (İES) sıradan çıxıb.

LiderXəbər xəbər verir ki, bu barədə DTEK məlumat yayıb.

Şirkətdən verilən məlumata görə, stansiyada ciddi dağıntılar olub, avadanlıqlara ziyan dəyib. Ölən və yaralananlar olmayıb.

Həmçinin Ukrayna Daxili İşlər Nazirliyi bu gün məlumat yayıb ki, ötən gecə Rusiya Silahlı Qüvvələri Donetsk vilayətində infrastruktur obyektlərini vurub.