Pressa.az » Dünya » Çinin müdafiə naziri vəzifəsindən uzaqlaşdırılıb

Çinin müdafiə naziri vəzifəsindən uzaqlaşdırılıb

24 oktyabr 2023, Çərşənbə axşamı, 15:35
Çinin müdafiə naziri vəzifəsindən uzaqlaşdırılıb

Çinin müdafiə naziri Li Şanqfu vəzifəsindən azad olunub.

LiderXəbər "South China Moning Post"a istinadən xəbər verir ki, bu barədə Çin dövlət mediası məlumat yayıb.

Onun vəzifəsindən azad olunmasının səbəbi göstərilməyib.

Bu, avqustun sonundan bəri ictimaiyyətə görünməyən generalın taleyi ilə bağlı həftələrdir davam edən fərziyyələrdən sonra baş verib. Onun vəzifədən uzaqlaşdırılması qərarı Ümumçin Xalq Nümayəndələri Konqresinin Daimi Komitəsi tərəfindən təsdiqlənib.

Li Şanqfu son aylarda vəzifəsindən kənarlaşdırılan ikinci nazirdir. İyul ayında Qin Qanq xarici işlər naziri postundan uzaqlaşdırılıb və onun yerinə Van İ təyin olunub. Qin Qanqın işdən çıxarılmasının səbəbi hələ də məlum deyil.