Pressa.az » Dünya » Moldovada Rusiyanın 20-dən çox saytına giriş bloklanacaq

Moldovada Rusiyanın 20-dən çox saytına giriş bloklanacaq

24 oktyabr 2023, Çərşənbə axşamı, 16:00
Moldovada Rusiyanın 20-dən çox saytına giriş bloklanacaq

Moldova İnformasiya Təhlükəsizliyi Xidməti ölkədə Rusiyanın bir sıra media quruluşlarına girişin bloklanması barədə qərar qəbul edib.

LiderXəbər xəbər verir ki, bu barədə “Sputnik”in Moldova bürosu məlumat yayıb.

Qərara əsasən, Rusiyaya məxsus ümumilikdə 22 media qurumunun rəsmi internet saytlarına giriş məhdudlaşdırılacaq. Onların sırasında ltv.runtv.rurt.comren.tv və digər tanınmış media qurumlarının saytları yer alır.

Xatırladaq ki, bu ilin mart ayında qəbul olunan qərarla artıq Rusiyanın bir sıra saytları, o cümlədən “Sputnik” xəbər agentliyinin veb səhifələrinə Moldova ərazisində giriş qadağan olunub.