Kanada Aİ-nin Ermənistandakı Monitorinq Missiyasına müşahidəçilər göndərəcək
Kanada yaxın zamanda Ermənistana müşahidəçilər göndərəcək.
LiderXəbər xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan brifinq zamanı deyib.
Onun sözlərinə görə, Kanada XİN rəhbəri Melani Coli ölkəsinin Ermənistana müşahidəçi göndərmək arzusunu bildirib və əlavə edib ki, Kanada Avropa İttifaqına üzv olmayan dövlətlər arasında belə bir təkliflə çıxış edən ilk ölkə olacaq.
Nazir müqavini qeyd edib ki, Kanada müşahidəçiləri – onların sayı 2 nəfər olacaq - Avropa İttifaqının Ermənistan ərazisində yerləşdirdiyi mülki missiyasının tərkibində yer alacaq.
Oxşar Xəbərlər:
31 yanvar 2023, Çərşənbə axşamı
Azərbaycan Beynəlxalq Məhkəməyə Ermənistanın minalar yerləşdirməsi ilə bağlı yeni faktlar təqdim edib
02 fevral 2023, Cümə axşamı
Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər