Pressa.az » Dünya » Rusiya “Avroviziya”nın ukraynalı qalibini axtarışa verib

Rusiya “Avroviziya”nın ukraynalı qalibini axtarışa verib

20 noyabr 2023, Bazar ertəsi, 13:20
Rusiya “Avroviziya”nın ukraynalı qalibini axtarışa verib

“Avroviziya-2016” mahnı müsabiqəsinin qalibi, ukraynalı müğənni Camala Rusiyada axtarışa verilib.

LiderXəbər xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin axtarış bazasında bu barədə deyilir.

Məlumata əsasən, müğənni Camala (əsl adı Susana Camaladinova) Rusiyada axtarışda olanlar siyahısına salınıb.

Onun hansı cinayətdə ittiham olunduğu açıqlanmayıb.