Pressa.az » Dünya » Qərb ölkələrinin səfirləri Ermənistanın hakim partiyasına nota veriblər

Qərb ölkələrinin səfirləri Ermənistanın hakim partiyasına nota veriblər

10 yanvar 2023, Çərşənbə axşamı, 12:16
Qərb ölkələrinin səfirləri Ermənistanın hakim partiyasına nota veriblər

Beynəlxalq təşkilatların nümayəndələri, Qərb ölkələrinin İrəvandakı bir neçə səfiri Ermənistanın hakim “Mülki Müqavilə” Partiyasına etiraz notası veriblər.

Bunu yerli “Joxovurd” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, buna səbəb hakim partiya funksionerlərinin paytaxt İrəvanın Ağsaqqallar Şurasına (İrəvan Şəhər Bələdiyyəsi) keçiriləcək seçkilərlə bağlı səsləndirdikləri bəyanatlardır. Diplomatlar qeyd ediblər ki, seçkilərin hələ keçirilməməsinə baxmayaraq, “Mülki Müqavilə” Partiyası qələbə qazanacaqlarına dair inamlı fikirlər səsləndirirlər.

Məlumata görə, bir müddət əvvəl Ermənistanın hakim partiyasının İdarə Heyətinə seçkilər keçirilib və nəticələri saxtalaşdırılıb.

Qərb ölkələrinin səfirləri vəziyyətdən narazı qalıblar və bundan sonra “Mülki Müqavilə” Partiyasına etiraz notası göndəriblər.

Qəzetin yazdığına görə, Qərbin Ermənistandakı seçki proseslərinə etimadsızlığı hakim partiyadakı saxtakarlıqlardan sonra başlayıb.

Qeyd edək ki, “Mülki Müqavilə” Partiyasının sədri Ermənistanın Baş naziri Nikol Paşinyandır. Təşkilat 2021-ci ildə keçirilən parlament seçkilərində qanunverici orqandakı 107 yerdən 71-ni qazanıb.