Pressa.az » Dünya » Yaponiyada animasiya studiyasını yandıran şəxs barəsində ölüm hökmü çıxarılıb

Yaponiyada animasiya studiyasını yandıran şəxs barəsində ölüm hökmü çıxarılıb

25 yanvar 2024, Cümə axşamı, 09:38
Yaponiyada animasiya studiyasını yandıran şəxs barəsində ölüm hökmü çıxarılıb

Yaponiya məhkəməsi 2019-cu ilin iyul ayında “Kyoto Animation” animasiya studiyasını yandıraraq 36 nəfəri öldürən 45 yaşlı Şinji Aobanı təqsirli bilib və ölüm cəzasına məhkum edib.

LiderXəbər TASS-a istinadən xəbər verir ki, məhkəmə cinayətkara ölüm cəzası istəyən yerli prokurorluğun vəsatətini təmin edib.

Müdafiə tərəfi hücum edən şəxsin anlaqsız olduğunu, buna görə də yalnız qismən təqsirkar olduğunu israr etsə də, məhkəmə bu iddianı rədd edib..

Qeyd edək ki, 18 iyul 2019-cu ildə “Kyoto Animation” studiyasında yanğın baş verib. Hücum edən şəxs studiyaya gələrək benzin tökməklə yanğın törədib. Hadisə nəticəsində 36 nəfər ölüb, 33 nəfər yaralanıb, o cümlədən cinayətkar da yanıq xəsarətləri alıb. Studiya manqa və anime həvəskarları arasında K-On və Haruhi Suzumiya kimi əsərlərlə tanınır.