Vaksinlə insanlara çip taxdığı deyilən Bill Qeyts danışdı
Dünya koronavirus pandemiyası kimi böyük bir təhlükəni geridə qoyub.
Milyonlarla insanın həyatını itirdiyi pandemiya təkcə bununla kifayətlənməyib, həm də dünya nizamını dəyişdirəcək bir çox yeniliklərə səbəb olub.
LiderXəbər xarici KİV-ə istinadən xəbər veror ki, iqtisadiyyata, tədarük zəncirinə, insanların və şirkətlərin işinə təsir edən bu epidemiya ilə bağlı onlarla fərziyə və ehtimal irəli sürülüb.
Bəzi insanlar “Microsoft”un yaradıcısı Bill Qeytsi, epidemiyanı törətməldə və insanlara vaksin vasitəsilə çip taxmaqda günahlandırırdı.
Qeyts ilk dəfə podkastda mövzu ilə bağlı açıqlama verib.
Qeyts bu söz-söhbətlərdən çox da təsirlənmədiyini bildirib:
"Ümumiyyətlə, şikayət edəcəyim bir şey yoxdur. Amma bəzən küçədə gedərkən insanlar gəlib məni koronavirusdan qazanc əldə etməkdə günahlandırırlar və iddia edirlər ki, mən bu virusdan qazanc əldə edirəm və onları izləyirəm. Bu, bir neçə dəfə mənim başıma gəlib. Mənə əslində gülməli gəlir, çünki mən niyə sənin harada olduğunla maraqlanım? Yəni, həqiqətən vaxtımı belə dəyərləndirirəm? Sizi izləyirəm?".
Koronavirus sayəsində şirkətinin qazanc əldə etməsinin gözlənilməz olduğunu deyən Qeyts, "Qlobal nöqteyi-nəzərdən bu epidemiyadan qazanc əldə etməyim və ya faydalanmağım tamamilə gözlənilməz idi. Heç vaxt belə bir şey düşünməzdim”, - deyə əlavə edib.
Qeyts vurğulayıb ki, epidemiya azaldıqca bu sui-qəsd nəzəriyyələri də azalıb. Lakin, yenə hansısa xırda hadisədə insanların onu günahlandırır.