Dünyanın ən böyük kruiz layneri ilk səfərinə çıxdı - Video
Dünyanın ən böyük kruiz layneri “Icon of the Seas” (“Dənizlərin ikonu”) ilk yeddigünlük səfərinə çıxıb.
LiderXəbər BBC-yə istinadən xəbər verir ki, o, Floridanın Mayami limanından Karib dənizi adaları istiqamətində hərəkət edəcək.
Gəminin uzunluğu 365 metrdir. Müqayisə üçün qeyd edək ki, “Titanik” 96 metr qısa idi (269 m).
Gəminin yola salınması mərasimində dünya çempionatını qazanmış Argentina milli futbol komandasının kapitanı, “İnter Mayami” klubunda oynayan Lionel Messi də iştirak edib.
Laynerə 7600 sərnişin yerləşir. Onlar orada yata, qidalana və 40-dan çox restoran, kafe və barın olduğu 20 göyərtədə əylənə bilərlər. Burada, həmçinin müxtəlif bitkilərin olduğu tropik bağ, teatr, karaoke, tennis və voleybol oynamaq üçün idman meydançaları, uşaqlar üçün attraksionlar və akvapark var.
Finlandiyada 2 milyard ABŞ dollarına (3,4 milyard AZN) başa gələn gəmi Baham adalarında qeydiyyatdadır.
Biletlərin qiyməti bir nəfər üçün 1723-2639 dollar arası (2930-4486 AZN) dəyişir.