Almaniya və Ukrayna təhlükəsizlik sahəsində müqavilə imzalayıb.
LiderXəbər xəbər verir ki, bu barədə Almaniya Federativ hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunduğu kimi, Almaniya Kansleri Olaf Şolts və Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevə təhlükəsizlik zəmanəti və uzunmüddətli dəstək haqqında ikitərəfli saziş imzalayıblar.
Təhlükəsizlik sazişi bu gün Şolts və Zelenski arasında ikitərəfli görüşdən sonra imzalanıb.
Qeyd edək ki, Ukrayna liderinin Almaniyaya səfəri ABŞ-nin Ukraynaya hərbi dəstəyinin davamlılığı ilə bağlı müəyyən narahatlıqların getdikcə artdığı bir dövrə təsadüf edir. Hazırda Almaniya ABŞ-dan sonra Ukraynaya silah tədarük edən ikinci ən böyük ölkədir.
Xatırladaq ki, son günlər Zelenski avropalı müttəfiqlərinə daha çox hərbi dəstək üçün müraciət edib və Ukrayna ordusunun sursat, xüsusilə artilleriya mərmilərinin kritik çatışmazlığı ilə üzləşdiyi barədə xəbərdarlıq edib.