Pressa.az » Dünya » Qırğızıstan XİN vətəndaşlarına müvəqqəti olaraq Rusiyaya səfərə getməməyi tövsiyə edib

Qırğızıstan XİN vətəndaşlarına müvəqqəti olaraq Rusiyaya səfərə getməməyi tövsiyə edib

25 mart 2024, Bazar ertəsi, 17:10
Qırğızıstan XİN vətəndaşlarına müvəqqəti olaraq Rusiyaya səfərə getməməyi tövsiyə edib

Qırğızıstan Xarici İşlər Nazirliyi üzrlü səbəbi olmayan vətəndaşlara dövlət sərhədindən girişə gücləndirilmiş nəzarət rejimi aradan qaldırılana qədər Rusiyaya səfərə getməməyi tövsiyə edib.

LiderXəbər xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, səyahət planlaşdıran vətəndaşlar Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin saytında həmin ölkəyə giriş məhdudiyyətlərini əvvəlcədən yoxlamalıdırlar.

Məlumatda, həmçinin əvvəllər Rusiya Federasiyasında olduqları müddətdə iki və ya daha çox inzibati xəta törətmiş vətəndaşlara dövlət sərhədindən buraxılmaması və bu prosedurla bağlı nəticələrin qarşısını almaq üçün səfərdən çəkinmələri tövsiyə olunub:

“Rusiya Federasiyasının ərazisində olan vətəndaşlar insanların sıx toplaşdığı yerlərə getməməli, habelə həmişə şəxsiyyətlərini və Rusiya ərazisində olmalarının qanuniliyini təsdiq edən sənədləri özləri ilə aparmalıdırlar”.