Pressa.az » Dünya » “Crocus”da yanğın təhlükəsizliyinə cavabdeh şəxs dindirildi

“Crocus”da yanğın təhlükəsizliyinə cavabdeh şəxs dindirildi

30 mart 2024, Şənbə, 10:16
“Crocus”da yanğın təhlükəsizliyinə cavabdeh şəxs dindirildi

Müstəntiqlər Moskvada yerləşən “Crocus City Hall” binasının yanğın təhlükəsizliyinə cavabdeh olan şəxslə bağlı istintaq hərəkətləri aparıblar.

LiderXəbər xəbər verir ki, bu barədə TASS-a Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, o, terror aktı ilə bağlı istintaq hərəkətləri çərçivəsində dindirilib. Dindirilmə “Crocus City Hall”da quraşdırılmış yanğından mühafizə sistemləri və yanğın təhlükəsizliyi tədbirləri ilə əlaqədardır.

Xatırladaq ki, Moskvada “Crocus City Hall”da terror aktı martın 22-də törədilib. Ən son məlumata görə, hadisə nəticəsində 144 nəfər həlak olub, daha 382 nəfər isə yaralanıb. Hadisə ilə əlaqədar saxlanılanlar var.