Rusiya FTX Dağıstanda əməliyyat keçirib, "Crocus" terrorunu maliyyələşdirən dəstənin üzvləri saxlanılıb
Rusiya Federal Təhlükəsizlik Xidməti Dağıstanda əməliyyat keçirib, "Crocus" terrorunu maliyyələşdirən dəstənin üzvləri saxlanılıb.
LiderXəbər-in Rusiya bürosu xəbər verir ki, bu barədə FTX məlumat yayıb.
Bildirilib ki, Dağıstanda saxlanılan yaraqlılar "Crocus"da terror aktını törədənlərin maliyyələşdirilməsində və onlara dəstək verilməsində iştirak ediblər.
Dəstəyə dörd nəfər daxil olub. Məlum olub ki, onlar, həmçinin Kaspiyskdə terror aktı planlaşdırıblar, bundan dərhal sonra Rusiyanı tərk etmək niyyətində olublar.
FTX Dağıstanda saxlanılan silahlıların Kaspiyskdə sahili partlatmaq niyyətində olduqlarını açıqlayıb.
Oxşar Xəbərlər:
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
26 mart 2024, Çərşənbə axşamı
FTX direktoru: "Crocus"da terroru islamçı radikallar hazırlayıb, onlara Ukrayna xüsusi xidmət orqanları yardım edib