Pressa.az » Dünya » Tarixdə bu gün dünyada hansı hadisələr baş verib?

Tarixdə bu gün dünyada hansı hadisələr baş verib?

03 may 2024, Cümə, 10:07
Tarixdə bu gün dünyada hansı hadisələr baş verib?

1101-ci ildə rusiyalı knyaz Vladimir Monomax Smolenskdə Tanrı Anasının Smolensk ikonasının yerləşdiyi Uspen kilsəsinin təməlini qoyub.

1905-ci ildə amerikalı ixtiraçı və "Parker Pen Company" şirkətinin qurucusu Corc Parker rezin kisə olan mexaniki mürəkkəb dəsti sistemi ilə ilk yazılı qələmini patentləşdirib.

1993-cü ildən BMT Baş Assambleyasının qərarı ilə təsis edilmiş Ümumdünya Mətbuat Azadlığı Günü qeyd edilir.

1994-cü ildən Beynəlxalq Günəş Enerjisi Cəmiyyətinin Avropa bölməsinin təşəbbüsü ilə Ümumdünya Günəş Günü qeyd edilir. Təşkilatçılar diqqəti bərpa olunan enerji mənbələrindən istifadə imkanlarına cəlb etmək məqsədi daşıyıblar.