Ermənistan İranla birgə Araz çayı üzərində ikinci körpü tikəcək
Ermənistan və İran Araz çayı üzərində ikinci körpünün inşası üzrə birgə işçi qrupu yaradacaq.
LiderXəbər.az-ın Ermənistan mediasına istinadən xəbərinə görə, müvafiq razılıq adı çəkilən ölkənin Yol Tikintisi üzrə Departamentinin rəhbəri Qor Avetisyanla İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş arasında əldə olunub.
Bildirilib ki, bu faktoru hər iki istiqamətə sərnişin və yük daşımalarındakı artım zəruri edib.
Qeyd edək ki, yeni körpünün inşası üzrə şifahi razılaşma hələ ötən ilin sonlarından mövcud olub.
Oxşar Xəbərlər:
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO