Pressa.az » Dünya » Qida zəhərlənməsi zamanı ilk yardım

Qida zəhərlənməsi zamanı ilk yardım

21 may 2024, Çərşənbə axşamı, 17:56
Qida zəhərlənməsi zamanı ilk yardım

Bu hadisə baş verərsə ilk olaraq nə etməli və həkimə nə zaman gedilməlidir?

Qida zəhərlənməsi adətən yüngül keçirilməsi ilə yanaşı ölümcül də ola bilən çox yayılan xəstəlikdir. Şəxs bakteriyalar və ya toksinlərlə xarab olan qida və ya içkiləri qəbul etdiyi zaman zəhərlənmə meydana gəlir.

Hansısa xarab olmuş qidanın görüntüsü, dadı pozulmaya da bilər. Türkiyəli dietoloq Aysu Bekci qida zəhərlənmələri barədə məlumat verib.

Hər bir qida zəhərlənməsi səbəbindən asılı olaraq müddətləri fərqlidir. Bəzi zəhərlənmələrdə əlamətlər 30 dəqiqə ilə bir saat ərzində müşahidə edilir. Qida zəhərlənmələrinin çoxunda isə 12-48 saat içərisində meydana gəlir.

Ən çox görünən əlamətlər həzm sisteminin (mədə və bağırsaq) pozğunluğundan yaranan qusma, ürək bulantısı, qarın ağrısı və ishaldır. Səbəbə görə, daxildə qızdırma və üşümək, əzələ ağrıları, halsızlıq da yarana bilər.

Xəstəxanaya getmisinizsə, həkim, təzyiq, nəbz, tənəffüs yolu, qızdırma olmaq üzrə bir neçə müayinədən keçirir. Həmçinin qarın bölgəniz yoxlanılır. İnfeksiya analizi və idrar yoxlana bilər.

Qida zəhərlənmələrinin əksəriyyəti həkimə getmədən bir neçə gün ərzində keçər. Ancaq narahatçılıq bir neçə gündən sonra çəkərsə, hamiləsinizsə, tualet ehtiyacı zamanı qan, yaşıl rəng varsa tibbi müdaxilə gərəklidir.

Mədəniz bulanır və ya qussanz nəisə yeməyin. Bu zaman mədənizi dincəldin daha sonra isə su içməyə başlayın.

Qida zəhərlənməsi keçirən bir xəstə həkimə müraciət etməzdən öncə bəzi hərəkətləri etməlidir. Qida zəhərlənməsində xəstələr ishal və qusmanın nəticəsində su itkisi yaranar, bu mayenin yerinə qoyulması gərəklidir. Bu səbəbdən ən əsas məqsəd maye qəbul etməkdir. Çay içilməsi də mümkündür.

Bundan əlavə olaraq bəzi müalicə üsulları da var.

Müalicə üçün gərəkli olanlar:
 - Limon, qəhvə, su

Necə hazırlanır?
 - 4 stəkan suya 4 ədəd limon sıxılır. Qarışdırılıb bir dəfəyə içilir. Sonra şəkərsiz qəhvə və ya tünd çay içilir.

Nə zaman həkimə gedilməlidir?
 - 2 gündür qaytarırsınızsa
 - 3 gündür ishalsınızsa
 - Qanlı qusursunuzsa
 - Kriz keçirisinizsə
 - Diliniz dolanırsa
 - Əhvalınız dəyişərsə