Pressa.az » Dünya » Putin Rəisinin ölümünü böyük itki adlandırdı

Putin Rəisinin ölümünü böyük itki adlandırdı

22 may 2024, Çərşənbə, 03:57
Putin Rəisinin ölümünü böyük itki adlandırdı

Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisinin ölümünü böyük itki adlandırıb.

Bu haqda TASS məlumat yayıb.

“Həqiqətən də, prezident Rəisinin ölümü, ilk növbədə, təbii ki, İran xalqı üçün böyük itkidir. O, çox etibarlı tərəfdaş, düz sözlü, özünə güvənən, milli maraqları rəhbər tutan bir insan idi. Əlbəttə ki, sözünün adamı idi və onunla işləmək çox xoş idi”, - Rusiya dövlətinin başçısı bildirib.

Prezident matəm tədbirləri üçün İrana gedən Dövlət Dumasının sədri Vyaçeslav Volodindən “bu faciə ilə bağlı başsağlığı sözlərini” çatdırmağı xahiş edib.