Pressa.az » Dünya » Havaya genetikası dəyişdirilən ağcaqanadlar buraxıldı - SƏBƏB...

Havaya genetikası dəyişdirilən ağcaqanadlar buraxıldı - SƏBƏB...

27 may 2024, Bazar ertəsi, 14:30
Havaya genetikası dəyişdirilən ağcaqanadlar buraxıldı - SƏBƏB...

Afrika ölkəsi Cibutidə malyariyanın yayılmasına səbəb olan istilaçı növlərlə mübarizə aparmaq üçün havaya xüsusi ağcaqanadlar buraxılıb. 

Liderxəbər.az BBC-yə istinadən xəbər verir ki, sözügedən ağcaqanadların genetikası dəyişdirilib. Bu proses Böyük Britaniya mərkəzli "Oxitec" şirkətinin labaratoriyasında baş verib. "Anofel stephensi" adlı yeni növ erkək ağcaqanadlar, dişi balaların yetkinliyə çatmadan ölməsində səbəb olacaq. Dişi ağcaqanadlar malyariya və digər xəstəlikləri asanlıqla yayma potensialına malikdir. Şərqi Afrikada ilk dəfə bu təcrübə həyata keçirilirdi.