Pressa.az » Dünya » Qonşu ölkədə yaddaş itkisi və hallüsinasiyalara səbəb olan xəstəlik yayılıb

Qonşu ölkədə yaddaş itkisi və hallüsinasiyalara səbəb olan xəstəlik yayılıb

28 may 2024, Çərşənbə axşamı, 09:40
Qonşu ölkədə yaddaş itkisi və hallüsinasiyalara səbəb olan xəstəlik yayılıb

Rusiyada yaddaş itkisi və hallüsinasiyalara səbəb olan xəstəliyin yayılması qeydə alınıb.

Bu barədə "Samara" telekanalı xəbər verib. Söhbət Malta qızdırmasından - xırdabuynuzlu heyvanların brusellyozundan gedir. Ocaq Samara şəhərinin Kuybyşev rayonundakı şəxsi təsərrüfat ərazisində aşkarlanıb. Bununla əlaqədar regionda karantin elan edilib. Xəstə heyvanların müalicəsi, onların gətirilməsi və aparılması (kəsim üçün aparılma istisna olmaqla), inventarın gətirilməsi, keçi və qoyunların sağılması, onların südündən pendir hazırlanması qadağan edilib. Qeyd edək ki, xəstəlik ət, süd və pendir kimi yetərincə emal edilməmiş məhsulların istehlakı zamanı insanlara ötürülür. Yoluxmuş heyvanla təmas vasitəsilə də yoluxma mümkündür. Xəstəliyin xroniki formasında artrit, hepatit, yaddaş və hərəkətlərin koordinasiyasının pozulması, eləcə də digər ciddi ağırlaşmalar yarana bilər. Brusellyoz başqa cür Malta, Kipr, Cəbəllütariq qızdırması, eləcə də Banq xəstəliyi adlanır. İnkubasiya dövrü bir həftədən beş aya qədər davam edə bilər.