Gürcüstan parlamentində bu dəyişikliklər təsdiqləndi
Gürcüstan parlamentində Seçki Məcəlləsinə edilən dəyişikliklər təsdiqlənib.
Liderxeber.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb. Bildirilib ki, layihə “Gürcü arzusu” deputatlarının təşəbbüsü ilə qəbul edilib. Belə ki, dəyişiklik Mərkəzi Seçki Komissiyasının iclasında MSK-nın tam tərkibinin azı üçdə ikisinin dəstəyi ilə keçirilən səsvermənin nəticələrinə əsasən qəbul edilməli olan qərarlara aiddir. Yəni, MSK səslərin azı üçdə ikisinin dəstəyi ilə qərar qəbul edə bilmədikdə, səsvermə yenidən keçiriləcək. Bildirilib ki, sözügedən dəyişikliklər MSK-nn fəaliyyətindəki pozuntuların qarşısını almağa kömək edəcək.
Oxşar Xəbərlər:
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO