İstanbulda bina çöküb, dağıntılar altında qalan insanlar var
İstanbulda çökən üçmərtəbəli yaşayış binasının dağıntıları altından 7 nəfər yaralı olaraq çıxarılıb.
Liderxeber.az xəbər verir ki, bunu İstanbul valisi Davut Gül deyib.
Məlumata görə, yaralıların 2-nin vəziyyəti ağırdır.
Daha iki nəfərin dağıntılar altında qaldığı ehtimal edilir.
Qeyd edək ki, bina 1988-ci ildə inşa edilib.
Hadisənin başvermə səbəbləri hələ məlum deyil.
Türkiyənin İstanbul şəhərinin Küçükçekmece Kartaltepe səmtində naməlum səbəbdən 3 mərtəbəli bina çöküb.
TRT Haber-ə istinadən xəbər verir ki, hadisə yerinə xilasetmə, sağlamlıq və polis qrupları cəlb edilib. Dağıntılar altında qalan insanların olduğu bildirilir.
Dağıntılar altında qalanların olduğu xəbərini alan qrupların axtarış-xilasetmə əməliyyatına başladığı və dağıntılar altında bir nəfərlə əlaqə saxladığı öyrənilib. Yaralılardan 2 nəfəri xilas edən qruplar, xilasetmə işlərini davam etdirir.