ABŞ Gürcüstana viza sanksiyaları tətbiq edir
Birləşmiş Ştatlar Gürcüstan vətəndaşlarına, o cümlədən məmur və onların ailə üzvlərinə viza sanksiyaları tətbiq edir.
Liderxeber.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Mettyu Miller brifinqdə açıqlayıb.
O vurğulayıb ki, bu, viza məhdudiyyətlərinin ilk paketidir və bu paketə Gürcüstanın hakim partiyasının üzvləri, deputatlar, hüquq-mühafizə orqanlarının əməkdaşları və fiziki şəxslər daxildir.
“Biz ümidliyik ki, Gürcüstan liderləri öz hərəkətlərinə yenidən nəzərdən keçirəcək və ölkələrinin uzun müddətdir bəyan etdiyi demokratik və Avro-Atlantik istəklərinə doğru irəliləmək üçün addımlar atacaqlar. Lakin bunu etməsələr, Birləşmiş Ştatlar əlavə tədbirlər görməyə hazırdır”, – sözçü vurğulayıb.
Oxşar Xəbərlər:
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
04 iyun 2024, Çərşənbə axşamı
Prezident İlham Əliyev 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib
02 fevral 2023, Cümə axşamı
Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər