Əl-Əzhəri Şərifin şeyxi COP29-da iştirak edəcəyini təsdiqləyib
“Misirlə Azərbaycan arasında əlaqələr çox yaxşı səviyyədədir”.
Liderxeber.az xəbər verir ki, bunu Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.
O, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsindən məmnunluğunu bildirdi. COP29-a dəvətə görə təşəkkürünü bildirən Əhməd Məhəmməd Əhməd Əl Tayyib bu tədbirdə məmnunluqla iştirak edəcəyini dedi.
Əl-Əzhəri Şərifin şeyxi Bakıda dünya dini liderlərinin II Sammitinin keçirildiyini xatırladaraq, Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfəyə görə Prezident İlham Əliyevə şəxsən təşəkkürünü bildirdi və COP29 çərçivəsində də dini liderlərin toplantısının keçirilməsi üçün birgə işlərin aparıldığını qeyd etdi.