Pressa.az » Dünya » Malavinin vitse-prezidenti təyyarə qəzasında həlak olub

Malavinin vitse-prezidenti təyyarə qəzasında həlak olub

11 iyun 2024, Çərşənbə axşamı, 12:58
Malavinin vitse-prezidenti təyyarə qəzasında həlak olub

Xəbər verdiyimiz kimi, dünən göyərtəsində Malavinin vitse-prezidenti Saulos Çiliman və daha 9 nəfərin olduğu təyyarə radarlardan itib. Təyyarənin meşəlik ərazidə qəzaya uğradığı ehtimal edilirdi.

Liderxeber.az-ın Keniyanın “Capital FM” radiostansiyasına istinadən məlumatına görə, xilasedicilər sözügedən təyyarənin qalıqlarını aşkar edib.

Bildirilir ki, təyyarənin göyərtəsində olan bütün şəxslər həlak olub.