Pressa.az » Dünya » Belqorod atəşə tutuldu - Ölən və yaralananlar var

Belqorod atəşə tutuldu - Ölən və yaralananlar var

12 iyun 2024, Çərşənbə, 08:42
Belqorod atəşə tutuldu - Ölən və yaralananlar var

Rusiyanın Belqorod vilayətinin Ukrayna ilə sərhədyanı Şebekino şəhəri atəşə tutulub.

Liderxeber.az xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb. O bildirib ki, nəticədə bir nəfər ölüb, üç nəfər yaralanıb. Qladkovun sözlərinə görə, daha bir zərərçəkmiş isə kontuziya alıb: "Bölgənin atəşə tutulması nəticəsində 6 fərdi ev və 11 çoxmənzilli binaya, həmçinin 9 avtomobilə, habelə elektrik xətlərinə ziyan dəyib".