BMT Qəzza zolağı üçün ilin sonunadək lazım olan humanitar yardımın miqdarını açıqlayıb
Qəzza zolağı sakinlərinin bu ilin sonunadək ehtiyac duyduğu humanitar yardımın məbləği 2,5 milyard dollardır.
Liderxeber.az xəbər verir ki, bunu BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits İordaniyada keçirilmiş yüksək səviyyəli beynəlxalq konfransda açıqlayıb.
Onun sözlərinə görə, bu məbləğin 930 milyon dolları qida, 400 milyon dolları dərman və səhiyyə, 700 milyon dolları isə yurd və sanitar xərcləridir. “Qəzzada humanitar ehtiyacların səmərəli və tam şəkildə ödənilməsinin yeganə yolu dərhal daimi atəşkəsin yaradılmasıdır”, – Qriffits əlavə edib.
Oxşar Xəbərlər:
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
26 may 2024, Bazar günü
Şəkər dərmanları niyə yoxa çıxıb? - Poliklinikadan verilən cavab: "Daha olmayacaq"