Pressa.az » Dünya » ABŞ-də fəlakət ssenarisi: Vaşinqton yer üzündən silinə bilər

ABŞ-də fəlakət ssenarisi: Vaşinqton yer üzündən silinə bilər

12 iyun 2024, Çərşənbə, 09:10
ABŞ-də fəlakət ssenarisi: Vaşinqton yer üzündən silinə bilər

ABŞ və Kanada dağıdıcı sunami ilə üzləşə bilər.

Belə ki, ABŞ-nin Qərb sahili yaxınlığındakı böyük bir qırılma xətti doqquz bal gücündə fəlakətli zəlzələnin mənbəyidir. Yeni araşdırmaya görə, nəhəng çat digərləri kimi davamlı bir zolaq deyil, dörd seqmentə bölünür.

Bu kəşf daha böyük fəlakətlərə yol aça, tektonik plitələr bir-birinin altına sürüşərək çox güclü zəlzələlərə səbəb ola bilər. Tədqiqatçılar belə nəticəyə gəliblər ki, bu zonada doqquz baldan çox zəlzələnin baş verməsi realdır.

Onların proqnozlarına əsasən, mümkün hadisə təxminən beş dəqiqə davam edəcək və 30,5 metrə qədər sunamiyə səbəb olacaq. Nəhəng dalğalar Vaşinqton və Vankuveri yer üzündən silə bilər.

Alimlər yaxın illərdə ABŞ-də oxşar fəlakətin baş verə biləcəyindən narahatdırlar və belə zəlzələlərin təxminən hər 300 ildən bir yaşandığını, sonuncunun isə 1 700-cü ildə baş verdiyini bildiriblər.