Pressa.az » Dünya » ABŞ-də 10 ildən artıq yaşayan miqrantlara hüquqi status veriləcək

ABŞ-də 10 ildən artıq yaşayan miqrantlara hüquqi status veriləcək

15 iyun 2024, Şənbə, 18:54
ABŞ-də 10 ildən artıq yaşayan miqrantlara hüquqi status veriləcək

ABŞ Dövlət Departamenti ölkə ərazisində 10 il yaşayan qeyri-leqal miqrantlara hüquqi status verməyi planlaşdırır.

Liderxeber.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

Bildirilib ki, proqramın təfərrüatları müvafiq işlər başa çatdıqdan sonra ictimailəşdiriləcək. Yeniliyə görə yuxarıda göstərilən kateqoriyadan olan miqrantlar bu müddətdən sonra vətəndaşlıq üçün müraciət edə biləcəklər.

Yeniliklərdən biri də onlara müvəqqəti vizaların almaq imkanı verən güzəştlərin tətbiqindən ibarətdir. Bu zaman üstünlük yüksək ixtisaslı müxtəlif peşə sahiblərinə veriləcək.

Qeyd edək ki, yeni proqramın iyunun 18-də elan edilməsi gözlənilir.