Ərdoğanla Paşinyan ilkin şərt olmadan münasibətlərin tam şəkildə normallaşdırılmasını müzakirə ediblər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Liderxeber.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası "X" səhifəsində paylaşım edib. Söhbət zamanı tərəflər Türkiyə ilə Ermənistan arasında ilkin şərt olmadan münasibətlərin tam şəkildə normallaşdırılması üçün siyasi iradələrini olduğunu vurğulayıblar.
Bu kontekstdə liderlər iki ölkənin xüsusi nümayəndələri arasında danışıqların davam etdirilməsinin vacibliyinə diqqət çəkib və indiyə qədər razılaşdırılmış məsələləri təsdiqləyiblər.
Onlar, həmçinin regionda baş verən son hadisələri və beynəlxalq gündəmi müzakirə ediblər.
Oxşar Xəbərlər:
04 iyun 2024, Çərşənbə axşamı
Azərbaycan və BƏƏ XİN başçıları iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə ediblər - YENİLƏNİB
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
17 oktyabr 2023, Çərşənbə axşamı
Ceyhun Bayramov və Britaniya XİN rəhbəri Ermənistanla normallaşma prosesini müzakirə edib