Pressa.az » Dünya » İspaniyada qalmaqallı qanun təsdiqləndi: 16 yaşdan yuxarı qızlara...

İspaniyada qalmaqallı qanun təsdiqləndi: 16 yaşdan yuxarı qızlara...

19 iyun 2024, Çərşənbə, 10:55
İspaniyada qalmaqallı qanun təsdiqləndi: 16 yaşdan yuxarı qızlara...

İspaniyanın Konstitusiya Məhkəməsi 16 yaşdan yuxarı qızların valideynlərinin və ya qəyyumlarının razılığı olmadan hamiləliyini dayandırmasına icazə verən qanuna qarşı şikayəti rədd edib.

Məlumata görə, hakimiyyətin müvafiq qərarından şikayəti müxalifətdəki ifrat sağçı "Vox" partiyası təqdim edib.

Qeyd edək ki, 2023-cü ildə İspaniyada 16 yaşdan yuxarı şəxslərin vətəndaşlıq qeydiyyatı şöbəsində heç bir sorğu olmadan cinsiyyət məlumatlarını dəyişdirə biləcək bir qayda qüvvəyə minib. Bundan əlavə, 16 yaşdan yuxarı qızların valideynlərinin və ya qəyyumlarının razılığı olmadan hamiləliklərini dayandıra biləcəklərinə icazə verilib.