KİV: ABŞ neftin qiymətinin artması qorxusuna görə Rusiyaya qarşı sanksiyaları məhdudlaşdırmağa məcburdur
ABŞ Prezidenti Co Baydenin administrasiyası Rusiya və İranın enerji sektorlarına həddən artıq sanksiya təzyiqi göstərə bilməz, çünki bu, bütün dünyada neftin qiymətinin qalxmasına səbəb olacaq.
Liderxeber.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti yazıb.
“Prezident Bayden amerikalı istehlakçılar üçün yanacaqdoldurma məntəqələrində ən aşağı qiymətləri təmin etmək üçün mümkün olan hər şeyi etmək istəyirdi, çünki bu, vətəndaşların gündəlik həyatına birbaşa təsir edir”, – qəzet ABŞ prezident administrasiyasının yüksək vəzifəli rəsmisindən sitat gətirib.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin keçmiş rəhbəri Con Smit isə bildirib ki, Vaşinqton və onun müttəfiqləri həddi aşmamaq və Qərb iqtisadiyyatlarının fəaliyyətinə xələl gətirməmək məqsədilə yeni sanksiyaların tətbiqinə çox ehtiyatla yanaşırlar.