Pressa.az » Dünya » Almaniya Xarici İşlər Nazirliyi jurnalistlərə Rusiyanı tərk etməyi tövsiyə edib

Almaniya Xarici İşlər Nazirliyi jurnalistlərə Rusiyanı tərk etməyi tövsiyə edib

28 iyun 2024, Cümə, 17:26
Almaniya Xarici İşlər Nazirliyi jurnalistlərə Rusiyanı tərk etməyi tövsiyə edib

Rəsmi Berlin Rusiya Federasiyasında olan alman jurnalistlərə ölkəni tərk etməyi tövsiyə edib.

Bu bəyanat Almaniya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Sebastian Fişer tərəfindən Rusiyada alman jurnalistlərinə qarşı cavab tədbirləri fonunda səsləndirilib.

"Hər biri (alman jurnalistləri) Rusiyada mövcudluqlarının hələ də mümkün olub-olmadığını yoxlamalıdır. Həmçinin, tərk etməklə bağlı variantı nəzərdən keçirməlidir", - deyə Sebastian Fişer RİA Novosti-yə bildirib.

Fişer vurğulayıb ki, Almaniya Xarici İşlər Nazirliyi Rusiya Federasiyasına səfər etməyi təkidlə tövsiyə etmir.

Buna qədər Mariya Zaxarova deyib ki, Avropa mediasının Rusiyada bloklanması cavab tədbiridir.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Almaniya hakimiyyətinə ultimatum verib. Ultimatumda bildirilir ki, Almaniya hakimiyyəti Almaniyadakı rus müxbirlərinə təzyiq göstərməyə davam edərsə, Rusiyada çalışan alman jurnalistlər ölkəni tərk etmək məcburiyyətində qalacaqlar.