Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk ediblər
Azərbaycanda qeyri-rəsmi dostluq səfərində olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Volqodonsk" kiçik artilleriya və "Anatoli Qujvin" hidroqrafiya hərbi gəmiləri iyunun 30-da Bakı limanını tərk ediblər.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Səfər çərçivəsində gəmi heyətləri üçün mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərində gəzinti təşkil edilib. Eyni zamanda Azərbaycan və Rusiya hərbi dənizçiləri arasında futbol və voleybol üzrə yoldaşlıq görüşləri keçirilib. Hərbi dənizçilərimizin qələbəsi ilə başa çatan hər iki görüşün sonunda komandalara kubok və medallar təqdim edilib.
Oxşar Xəbərlər:
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
20 iyun 2024, Cümə axşamı
"Dəniz nəqliyyatında insan resurları və gəmi heyətinin idarəolunması" mövzusunda konfrans keçirilib
20 may 2024, Bazar ertəsi
Ticarət donanması heyətinin maaşlarına aylıq əlavə pul təminatının yuxarı həddinin məbləği müəyyənləşib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO