Pressa.az » Dünya » Pezeşkiyanın prezident seçilməsi regional təhlükəsizlik maraqlarına uyğundur - Putin

Pezeşkiyanın prezident seçilməsi regional təhlükəsizlik maraqlarına uyğundur - Putin

06 iyul 2024, Şənbə, 13:31
Pezeşkiyanın prezident seçilməsi regional təhlükəsizlik maraqlarına uyğundur - Putin

Rusiya prezidenti Vladimir Putin Məsud Pezeşkiyanı İran prezidenti seçilməsi münasibətilə təbrik edib və Tehranla bütün sahələrdə əməkdaşlığın artırılmasına ümid etdiyini bildirib. 

Liderxeber.az xəbər verir ki, bu barədə məlumat dövlət başçısının teleqramının mətni Kremlin saytında dərc olunub.

Putin təbrikində qeyd edib ki, Moskva və Tehran beynəlxalq gündəmdəki aktual məsələlərin həllində səylərini səmərəli şəkildə əlaqələndirirlər:

“İran İslam Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Bu nəticələr regional təhlükəsizlik və sabitliyin qorunması maraqlarına uyğundur. Sizə uğurlar, möhkəm cansağlığı və firavanlıq arzulayıram”, - deyə dövlət başçısı əlavə edib.