Pressa.az » Dünya » Qazaxıstanda dövlət qulluqçuları və hərbçilərin qumar oyunlarında iştirakı qadağan edilib

Qazaxıstanda dövlət qulluqçuları və hərbçilərin qumar oyunlarında iştirakı qadağan edilib

08 iyul 2024, Bazar ertəsi, 13:54
Qazaxıstanda dövlət qulluqçuları və hərbçilərin qumar oyunlarında iştirakı qadağan edilib

Qazaxıstanda dövlət qulluqçuları, hərbçilər, eləcə də borclu şəxslərin qumar və mərc oyunlarında iştirakı qadağan edilib.

Liderxeber.az-ın “KazTag” İnformasiya Agentliyinə istinadən xəbərinə görə, Prezident Kasım-Jomart Tokayev bu barədə qanunu imzalayıb.

Sənədə görə, adları borclu şəxslərin vahid reyestrinə daxil olanlar, dövlət vəzifələrində çalışanlar və ya onlara bərabər tutulan şəxslər, hərbi qulluqçular, hüquq-mühafizə və xüsusi xidmət orqanlarının əməkdaşlarına bu tipli oyunlarda iştirak etmək yasaqlanıb.

Sənəddə göstərilib ki, qanunu pozan şəxslər tutduqları vəzifədən azad olunacaq.

Bununla yanaşı, həmin oyunların reklamına verilmiş icazə də ləğv olunub.