Qəzzada ölənlərin sayı sürətlə artır
"İsrailin Qəzza hücumlarında birbaşa və dolayı itkilərin ümumi sayı 186 mindən çox ola bilər".
Liderxeber.az İngiltərədə nəşr olunan "The Lancet"ə istinadən xəbər verir ki, bu, "Qəzzada ölümlərin sayı: Çətin, lakin zəruri" başlıqlı məqalədə yer alıb.
Məqalədə Qəzzada həyatını itirənlərin təxminən 30 faizinin şəxsiyyətinin müəyyən edilə bilmədiyi vurğulanıb.
"Qəzzada binaların 35 faizi dağıdılıb. Dağıntılar altında qalan cəsədlərin sayı 10 mini keçib. Qəzzanın 2022-ci il əhalisinin 2 milyon 375 259 olduğunu nəzərə alsaq, təxmini ölüm sayı əhalinin 7.9 faizinə bərabərdir. Səhiyyə müəssisələrinin dağıdılması, su, qida və sığınacaq çatışmazlığı, təhlükəsiz yaşayış yerlərinin olmaması ölümlərin sayının çoxalmasına səbəb olur" - məqalədə vurğulanıb.