Ukraynada matəm elan olundu
Ukraynanın paytaxtı Kiyevdə iyulun 9-u matəm elan olunub.
Liderxeber.az xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko teleqramda məlumat verib.
Onun sözlərinə görə, bu gün şəhərdəki bütün bələdiyyə binalarında bayraqlar endiriləcək. Həmçinin dövlət və özəl binalarda dövlət bayraqlarının endirilməsi tövsiyə olunur.
Kliçko vurğulayıb ki, iyulun 9-da şəhərdə hər hansı əyləncə tədbirlərinin keçirilməsi qadağandır.
Qeyd edək ki, bu gün Rusiya 40-dan çox raketlə Ukrayna ərazisinə zərbələr enidirib. Nəticədə 28 nəfər həlak olub. 112 nəfər yaralanıb.
Oxşar Xəbərlər:
08 iyul 2024, Bazar ertəsi
Rusiyanın Ukraynaya hava hücumu nəticəsində 20 nəfər ölüb, 50 nəfər yaralanıb
03 iyun 2024, Bazar ertəsi
Makronun avantürası – fransızlar Ukraynaya ordu göndərilməsinə qarşıdırlar - ŞƏRH
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO