Pressa.az » Dünya » Pezeşkianın andiçmə mərasiminin tarixi məlum oldu

Pezeşkianın andiçmə mərasiminin tarixi məlum oldu

10 iyul 2024, Çərşənbə, 15:30
Pezeşkianın andiçmə mərasiminin tarixi məlum oldu

İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi iyulun 30-u baş tutacaq.

Liderxeber.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı İran parlamentinin üzvü Müctəba Yousefi açıqlayıb.

Mərasim ölkə parlamentində keçiriləcək.

Xatırladaq ki, 69 yaşlı M.Pezeşkian İranda keçirilən növbədənkənar prezident seçkilərində səslərin 53,3 faizini qazanaraq ölkənin sayca doqquzuncu prezidenti olub.