Pressa.az » Dünya » Dünyada kütləvi nasazlıq yaşanır: Hava yolları və bankların işində problem

Dünyada kütləvi nasazlıq yaşanır: Hava yolları və bankların işində problem

19 iyul 2024, Cümə, 14:32
Dünyada kütləvi nasazlıq yaşanır: Hava yolları və bankların işində problem

Dünyanın hər yerindən hava yolları, banklar və aparıcı KİV-lərin idarə edilməsində istifadə olunan kompüter sistemlərində kütləvi nasazlıq yaranıb. 

Liderxeber.az xəbər verir ki, bu barədə BBC Russian xəbər yayıb. 

Proqram təminatı ilə bağlı nasazlıqlar səbəbindən aviaşirkətlər və hava limanları kütləvi şəkildə uçuşları ləğv edir. Yola düşənlər isə təcili eniş üçün yer axtarırlar.

İT sistemlərinin işində kütləvi nasazlığının yaranmasının səbəbi hələ ki müəyyən edilməyib, lakin Microsoft problemin fəsadlarını azaltmaq üçün tədbirlər gördüyünü bildirib.

Britaniyanın dəmir yolu şirkətləri də “kütləvi İT problemləri” ilə üzləşdiklərini deyirlər.

Sky News isə canlı yayımı dayandırmaq məcburiyyətində qalıb. Kütləvi problem səbəbindən London birjasında da fasilələr müşahidə olunur.