Pressa.az » Dünya » ABŞ Ukrayna sərhədi yaxınlığında nüvə bombardmançıları yerləşdirib

ABŞ Ukrayna sərhədi yaxınlığında nüvə bombardmançıları yerləşdirib

23 iyul 2024, Çərşənbə axşamı, 09:11
ABŞ Ukrayna sərhədi yaxınlığında nüvə bombardmançıları yerləşdirib

ABŞ Rumıniyada, Ukrayna sərhədi yaxınlığında nüvə bombardmançıları yerləşdirib.

Liderxeber.az xəbər verir ki, bu barədə ABŞ-nin Avropa Komandanlığı bildirib.

Məlumata görə, iki "B-52H Stratofortress" təyyarəsi Mixail Kogalniçanu aviabazasına çatıb. Uçuş bombardmançı əməliyyat qrupunun təlimi çərçivəsində həyata keçirilib.

Qeyd olunur ki, ABŞ-nin nüvə silahı daşımağa qadir olan strateji bombardmançı təyyarələri ilk dəfədir ki, Rumıniya ərazisində fəaliyyət göstərir.