Aİ-nin nüvə danışıqları üzrə baş diplomatı İran rəsmiləri ilə görüşəcək
Avropa İttifaqının nüvə danışıqları üzrə baş diplomatı Enrike Mora İran rəsmiləri ilə görüşəcək.
Liderxeber.az ISNA-ya istinadən xəbər verir ki, müzakirələr iyulun 31-də baş tutacaq.
Ləğv edilmiş Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) nüvə sazişinin bərpası səylərinə vasitəçilik edən Enrike Mora yeni seçilmiş prezident Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İrana səfər edib.
ISNA-nın məlumatına görə, Mora nüvə sazişi müzakirələrində iştirak edən keçmiş xarici işlər nazirinin müavini Abbas Araqçi ilə də görüşəcək.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
15 iyul 2024, Bazar ertəsi
İran səfirindən təxribatçı açıqlama – diplomatın təhrikçi çıxışı - ANALİZ