Pressa.az » Dünya » HƏMAS İsmayıl Həniyyənin İsrailin hücumu nəticəsində öldürüldüyünü açıqlayıb - YENİLƏNİB

HƏMAS İsmayıl Həniyyənin İsrailin hücumu nəticəsində öldürüldüyünü açıqlayıb - YENİLƏNİB

31 iyul 2024, Çərşənbə, 08:13
HƏMAS İsmayıl Həniyyənin İsrailin hücumu nəticəsində öldürüldüyünü açıqlayıb - YENİLƏNİB

HƏMAS, hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyyənin İsrailin hücumu nəticəsində öldürüldüyünü təsdiqləyib.

Liderxeber.az xəbər verir ki, müvafiq bəyanat hərəkatın Telegram kanalında dərc olunub.

Qeyd olunur ki, Həniyyə İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra İsrail tərəfindən onun Tehrandakı iqamətgahına reyd olub.

Reyd nəticəsində İsmayıl Həniyyə və onun bir cangüdəni həlak olub.

07:22

İran dövlət televiziyası HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyyənin Tehrandakı iqamətgahında sui-qəsd nəticəsində öldüyünü bildirib.

Liderxeber.az xəbər verir ki, İran mətbuatında hadisə ilə bağlı təfərrüatların daha sonra açıqlanacağı qeyd edilib.

İran dövlət televiziyasının İran İnqilab Keşikçiləri Korpusunun bəyanatına əsaslanaraq verdiyi xəbərə görə HƏMAS lideri Tehrandakı iqamətgahında sui-qəsdə məruz qalıb.

Hücum zamanı Həniyyənin mühafizəçilərindən birinin də öldüyü bildirilir.