Pressa.az » Dünya » ABŞ Gürcüstana yardım proqramını dayandırıb

ABŞ Gürcüstana yardım proqramını dayandırıb

31 iyul 2024, Çərşənbə, 18:12
ABŞ Gürcüstana yardım proqramını dayandırıb

ABŞ "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbul edilməsi ilə əlaqədar Gürcüstana yardım proqramını dayandırıb.

Liderxeber.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken deyib.

"Mayın 23-də Gürcüstan hökumətinin antidemokratik hərəkətlərindən sonra ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirildiyini elan etdim. Nəticədə ABŞ Gürcüstan hökumətinə birbaşa dəstəyə yönəldilmiş 95 milyon ABŞ dollarından çox yardımı dayandırır”, - Blinken bildirib.