Türkiyədə bir günlük matəm elan olunub
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı bir günlük matəm elan edib.
Liderxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan bununla bağlı öz “X” hesabında paylaşım edib.
Paylaşımda deyilir:
“Fələstinin mübarizəsinə dəstəyimizi və fələstinli qardaşlarımızla həmrəy olduğumuzu göstərmək məqsədilə, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin şəhid olması ilə bağlı sabah (2 avqust) milli matəm elan edildi. İsmayıl Haniyə və bütün fələstinli şəhidləri rəhmətlə yad edir, Fələstin xalqına öz adımdan və millətim adından başsağlığı verirəm."
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
15 noyabr 2023, Çərşənbə
Mehriban Əliyeva “Fələstin üçün tək ürək” toplantısının iştirakçılarına müraciət ünvanlayıb
18 oktyabr 2023, Çərşənbə
Azərbaycan İsrail-Fələstin münaqişəsi zonasında artan eskalasiyadan dərindən narahatdır