Pressa.az » Dünya » Tramp Putini təbrik etdi

Tramp Putini təbrik etdi

04 avqust 2024, Bazar günü, 09:39
Tramp Putini təbrik etdi

ABŞ-nin keçmiş prezidenti və prezidentliyə hazırkı namizəd Donald Tramp Rusiya lideri Vladimir Putini məhbus mübadiləsi münasibətilə təbrik edib və bunun əla olduğunu bildirib.

Liderxeber.az rbc.ru-ya istinadən xəbər verir ki, siyasətçi bu barədə Atlantada keçirilən mitinqdə danışıb.

"Mən Vladimir Putini daha bir böyük iş münasibətilə təbrik etmək istəyirəm", - deyə Tramp bəyan edib.

Xatırladaq ki, avqustun 1-də Rusiya, ABŞ, Belarus, Almaniya, Sloveniya və Norveç yaxın tarixdə görünməmiş məhbus mübadiləsi həyata keçirib. Prosesdə 26 nəfər iştirak edib. 10 nəfər Rusiyaya, 12 nəfər Almaniyaya, 4 nəfər isə ABŞ-yə təhvil verilib.

Mübadilə Ankarada baş tutub.