Pressa.az » Dünya » İsrail “Hizbullah”ın hərbi obyektlərinə zərbələr endirdi

İsrail “Hizbullah”ın hərbi obyektlərinə zərbələr endirdi

05 avqust 2024, Bazar ertəsi, 10:39
İsrail “Hizbullah”ın hərbi obyektlərinə zərbələr endirdi

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubunda yerləşən “Hizbullah”ın hərbi obyektlərinə, o cümlədən silah anbarına zərbələr endirib.

Liderxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri Mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Bundan əlavə, Şebaa və Raçaya Əl-Fuxar ərazilərindən gələn təhlükəni aradan qaldırmaq üçün artilleriyadan da atəş açılıb.

Həmçinin bildirilib ki, Malkia bölgəsində partlayıcı daşıyan pilotsuz təyyarə düşüb. Onun Livan tərəfdən gəldiyi deyilir.